Bu gün Ukrayna PUA-larının hücumuna məruz qalan Saratov vilayətinin Engels rayonunda fövqəladə vəziyyət elan olunub.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Saratov qubernatoru Roman Busargin açıqlama verib.
O, Ukraynanın PUA-larla Engelsdə sənaye bölgəsinə hücum etdiyini deyib: "Nəticədə ərazidə güclü yanğın başlayıb və hazırda davam edir. Bu səbəbdən bölgədə fövqəladə vəziyyət elan edilməsinə qərar verdik"
Rusiya Müdafiə Nazirliyi isə bildirib ki, hücuma qatılan 32 Ukrayna PUA-sı vurulub.
Zülfiyyə Mustafayeva
MİA.AZ