İstanbulu tərk edərək Datçada məskunlaşan məşhur aktyor Sarp Levendoğlu maraqlı açıqlama verib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, müxtəlif film və seriallarda sevilən obrazları canlandıran aktyorun sözlərinə görə, 45 yaşı var və yaşamaq istəyir: "45 yaşım var və daha sağlam həyat üçün buradayam. Səhər oyanıram, idman edirəm. Burada maşınlar, tıxac yoxdur, nə istəsən edə bilərsən. Bu, həqiqətən də böyük lüksdür. Burada şan-şöhrət də keçərli deyil. Hər kəs öz rahat həyatını yaşayır. Elə bir bahalı bar-filan da yoxdur ki, lüks maşınlarını göstərəsən. Zatən, burada onların dəyəri də yoxdur. Üstəlik, burada dürüst ticarət, xidmət sahələri var. Təbii, fürsətdən istifadə edənlər var, amma onlıar uzun müddət burada duruş gətirə bilmirlər".
Aktyor bildirib ki, burada yemək çox ucuzdur: "Datçada restorana gedirəm. İdmandan sonra dörd cür yemək yeyirəm, maksimum 200 lirə ödəyirəm. Bodrumda bir lahmacun və ayran 1500 lirədir. Bu yaxınlarda dostlarım gəldi, 14 lahmacun yedik, ayran içdik, cəminə 1400 lirə ödədik. Hesablasan, bir kilo undan 40 lahmacun çıxır. Hər şey ortadadır".
Aktyor deyir ki, tamamilə kənd həyatı yaşayır: "Sosial şəbəkələrdə təbii qaz varmı deyə soruşurlar. "Yox" deyirəm. Odun doğrayacaq, bağçaya qulluq edəcək və təbiətlə təmasda olacaqsınız. Vəhşi donuzlar bağınıza gələndə qorxmayacaqsınız. Həşəratdan qorxmayacaqsız. Kənd həyatı əladır".
Ləman
MİA.AZ