Bu gün Türkiyədə zəlzələ olub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

Bildirilib ki, Bakı vaxtilə saat 05.30-da Ərzurumun Pasinlər rayonunda 4,5 bal gücündə zəlzələ baş verib.

Zəlzələnin 14,81 kilometr dərinlikdə baş verdiyi müəyyən edilib: "Dağlıntı və insan tələfatı yoxdur".

Firudin Səfərli
MİA.AZ