Azərbaycan Mərkəzi Bankında baş direktor və sədrin müşaviri vəzifələrinə yeni təyinatlar olub.
Mia.az xəbər verir ki, müvafiq əmrlə Fuad İsayev baş direktor, Ülvin Əliyev isə sədrin müşaviri təyin edilib. Bununla da baş direktorların sayı 6-ya, sədrin müşavirlərinin sayı isə 4-ə çatıb.
F.İsayev əmək fəaliyyətinə 2005-ci ildə AMB-də başlayıb və son təyinata qədər qurumun Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin direktoru işləyib. Ü.Əliyev isə əmək fəaliyyətinə 2009-cu ildə turizm sektorunda başlayıb, ardınca “Moody International LTD” şirkətində, “Azercell Telecom” MMC-də, “PAŞA Bank” ASC-də çalışıb, 2022-ci ildən isə AMB-də müxtəlif vəzifələrdə, son təyinata qədər isə Sədrin ofisi departamentinin direktoru işləyib.