İranda geniş yayılan plastik əməliyyatlarla bağlı gözlənilməz qərar qəbul olunub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, qərara əsasən, artıq azyaşlılar da belə əməliyyat keçirə biləcəklər.

Bu barədə İran Rinologiya Dərnəyinin İdarə Heyətinin üzvü İbrahim Rezmpa açıqlama verərək, bildirib ki, estetik əməliyyatlar üçün yaş həddi qızlar üçün 14, oğlanlar üçün isə 16 yaşa endirilib: "Elmi araşdırmalar sübut edib ki, bu, zərərli deyil. Qızlar 14, oğlanlar isə 16 yaşından əməliyyat oluna bilər”

Qeyd edək ki, daha əvvəl yaş məhdudiyyəti 18 olub.

Ləman
MİA.AZ