ABŞ-da güclü qaqr bir sıra ştatlarda hərəkəti iflic edib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, müvafiq qərarla Kentukki, Virciniya, Kanzas, Arkanzas və Missuri ştatlarında güclü qar, buzlanma, güclü yağış və tufan səbəbindən fövqəladə vəziyyət elan edilib.
Məlumata görə, bununla yanaşı, 30 ştatda "həyəcanlı vəziyyət" elan olunub, əhaliyə evdə qalmaları tövsiyə edilib: "Ölkədə 2 min reys təxirə salınıb, bir çox qatar reysləri ləğv edilib"
ABŞ Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) məlumatına görə, ölkədə son 10 ilin ən güclü qarı” gözlənilir.
Tahir Şəlvəli
MİA.AZ