Daxili işlər naziri general-polkovnik yanvarın 8-də vətəndaşları qəbul edəcək.
Mia.az DİN-ə istinadla xəbər verir ki, Vilayət Eyvazov İsmayıllı Rayon Polis Şöbəsinin inzibati binasında İsmayıllı, Göyçay, Ağsu, Şamaxı, Qobustan şəhər və rayonlarının sakinlərini qəbul edəcək.
Qəbula yazılmaq istəyən vətəndaşlar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı 07.01.2025-ci il tarixədək yaşadıqları ərazinin polis orqanına, habelə mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər. Qəbula gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.