Bu gün Fransanın Azərbaycandakı səfiri Ann Buayon vurulan Azərbaycan təyyarəsində həlak olanların xatirəsini yad edib.

Mia.az xəbər verir ki, bu barədə səfirlik məlumat yayıb.

Məlumatda deyilir: "Bu gün səhər Fransanın Azərbaycandakı səfiri dekabrın 25-də "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsinə ehtiram əlaməti olaraq hava limanındakı xatirə lövhəsinin önünə gül dəstəsi qoyub.

Düşüncələrimiz qurbanlar, onların ailələri və yaxınları ilədir".