Star TV-də yayımlanan və bu mövsümdən etibarən getdikcə reytinqi azalan "Yalı Çapkını" serialının son bölümündə nümayiş olunan öpüşmə səhnəsi izləyicilərini hiddətləndirib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Yalı Çapkını" serialının 89-cu bölümü "Suna" (baldız) və "Ferit"in (yeznə) həyat yoldaşlarına xəyanəti maraqdan çox qəzəb doğurub.
Məlumata görə, baldızla yeznənin etiraslı öpüş səhnəsinin cəmiyyətə pis örnək ollmas iddiası ilə müvafiq qurumlara şikayətlər olunub.
Bununla yanaşı, ssial media və bəzi TV-lərdə rejissor heyəti "topa tutulub".
Ləman
MİA.AZ