Rusiyanın dövlət enerji şirkəti olan "Qazprom" Moldovaya təbii qaz nəqlini dayandırır.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, buna səbəb ölkənin Rusiya şirkətinə borclu olması göstərilib.

"Qazprom"dan bildirilib ki, bu səbəbdən 2025-ci il yanvarın 1-dən Moldovaya təbii qaz nəqli kəsiləcək: "Çox təəssüf ki, "Moldovagaz" şirkəti "Qazprom"la müqavilə öhdəliklərinə pozub. Borcla bağlı qarşı tərəfə  dəfəələrlə bu barədə xəbərdarlıq olunb. Lakin nəticə hasil olmadığından  müqavilə şərtlərinə əsasən, 1 yanvar 2025-ci ildə yerli vaxtla saat 08:00-dan etibarən Moldovaya qaz nəqli dayanacaq".

Məlumatda deyilir ki, "Qazprom" hər il təxminən 2 milyard kubmetr Moldovaya təbii qaz nəql edib.

Samir MUSAYEV
MİA.AZ