Tbilisidən 58 km məsafədə, Dmanisi şəhəri (Kvemo Kartli regionu) yaxınlığında 4,2 maqnitudalı zəlzələ baş verib.
Bu barədə Milli Seysmik Monitorinq Mərkəzinin saytında məlumat yayılıb.
Məlumata görə, Tbilisi vaxtı ilə saat 15:44-də qeydə alınan zəlzələnin episentri 15 kilometr dərinlikdə, Soqulotlo kəndindən iki kilometr məsafədə yerləşib.
Xəsarət alanlar və dağıntılar barədə məlumat verilmir(Report)