"Aktauda baş verən təyyarə qəzası ilə bağlı Qazaxıstan və Azərbaycana dəstəyə hazırıq"
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarə ilə bağlı suala cavabda deyib.
O, Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin ("Rosaviasiya") baş direktoru Dmitri Yadrovun qəza ilə bağlı açıqlama verdiyini xatırladıb və Azərbaycanın üzr tələbinə işarə edərək, yenə istintaqın nəticəsini gözlədiklərini vurğulayıb: "Kremlin bu məsələ ilə bağlı bir şey deməsi uyğun olmaz. Yadrovun açıqlamalarına diqqət yetirməyinizi xahiş edirəm. Biz araşdırmaya dəsətk verməyə hazırıq"
Zülfiyyə Mustafayeva
MİA.AZ