"Azərbaycan təyyarəsinin Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən vurulmuş ola biləcəyinə dair ilkin əlamətlər var".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Ağ Evin Milli Təhlükəsizlik üzrə kommunikasiyalar üzrə müşaviri Con Kirbi bildirib.
O, mətbuat konfransında deyib ki, Bakı-Qroznı reysi ilə uçan Azərbaycan Hava Yollarına (AZAL) məxsus "Embraer 190" tipli təyyarənin Qazaxıstanda qəzaya uğraması ilə bağlı təhqiqat işlərinə köməyə hazırdırlar: "Bildiyimizə görə, məsələ araşdırılır. Əgər Azərbaycan və Qazaxıstan istərsə, ABŞ-ın bu ölkələrə araşdırmada yardım edə bilər. Biz hər iki ölkyə kömək təklifini etmişik. Əlbəttə, təyyarənin Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğuna dair ilkin əlamətlər var. Bundan artıq şərh vermək niyyətində deyiləm. Bir daha qeyd edim ki, bunlar ilkin göstəricilərdir. Hazırda aktiv araşdırma gedir və mən bu nöqtədən kənara çıxmaq istəmirəm"
Samir Musayev
MİA.AZ