Abşeron Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub.

Məlumata görə, bununla bağlı TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov müvafiq əmr imzalayıb.

Bu vəzifəyə Səkinə Sadıxova təyinat alıb.

Qeyd edək ki, S.Sadıxova bu təyinatadək TƏBİB-in İcraçı direktorunun müşaviri kimi fəaliyyət göstərib. O, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2016-cı ildə “Tərəqqi” medalı ilə təltif olunub.

Xatırlada ki, bundan əvvəl tibb müəssisəsinin direktoru Azər İsmayılov idi. O, 2022-ci ildə bu vəzifəyə təyin olunmuşdu(Report).