ABŞ Aktau şəhərində təyyarənin qəzaya uğraması ilə bağlı Azərbaycana başsağlığı verib.
 
Mia.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin sözçüsü Metyu Miller sosial media hesabında yazıb: "Azərbaycan Hava Yolları QSC-yə məxsus təyyarənin Qazaxıstanda qəzaya uğraması xəbərini dərin hüznlə eşitdik. Düşüncələrimiz və dualarımız həlak olanların ailələri ilə birlikdədir, yaralananlara isə tezliklə şəfa diləyirik. Biz Qazaxıstan və Azərbaycanın hakimiyyət orqanlarına kömək etməyə hazırıq”.