Türkiyədə kuryoz hadisə baş verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Samsun şəhərində yaşayan və ad-soyadının baş hərfləri A.İ. kimi göstərilən şəxs prezident Rəcəb Tayyib Ərdoğanı sosial media hesabında təhqir etdiyi üçün iki gün əvvəl saxlanılıb. O, prokurorluqda ifadə verdikdən bir gün sonra ev dustaqlığına buraxılıb. 

Məlumata görə, dünın ev dustaqlığına buraxılan A.İ. gecəylə başqa bir sosial media səhifəsində yenə də həmin təhqiramiz paylaşımı təkrarlayıb: "Bu səbəbdən o, səhər yenidən saxlanılıb və dərhal hakim qarşısına çıxarılıb. Hakim barəsində bu dəfə həbs qətimkan tədbirinə qərar verib".

Məlumatda onun Ərdoğan haqqında nə yazıdğı açıqlanmayıb.

Firudin Səfərli
MİA.AZ