İsrail Prezidenti İsxak Hersoq AZAL-a məxsus sərnişin təyyarənin qəzaya uğramasına görə Azərbaycana başsağlığı verib.
Mia.az xəbər verir ki, başsağlığında deyilir: "Bu gün səhər saatlarında Aktau yaxınlığında qəzaya uğrayan "Azərbaycan Hava Yolları"nın Bakıdan uçan təyyarəsinin dəhşətli faciəsi məni çox kədərləndirdi. Prezident İlham Əliyevə, Azərbaycan xalqına və yaxınlarını itirmiş şəxslərə dərin hüznlə başsağlığı verirəm. Bütün yaralıların tezliklə sağalması üçün dua edirəm".
***
İsrailin Azərbaycandakı səfiri Corc Dik Qazaxıstanın Aktau şəhəri yaxınlığında "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus təyyarənin qəzaya uğraması nəticəsində xəsarət alanların ailələrinə başsağlığı verib.
Mia.az xəbər verir ki, bu barədə səfirlik paylaşım edib: "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin bu gün qəzaya uğraması xəbəri bizi sarsıtdı və dərindən kədərləndirdi. Sağ qalanların sağalması üçün dua edirik. İsrail xalqı adından yaxınlarını itirən ailələrə səmimi qəlbdən başsağlığı veririk. İsrail səfirliyi müvafiq qurumlarla təmasdadır və biz hər cür yardım göstərməyə hazırıq.
Həlak olanların ruhu şad olsun".