Baş rollarda məşhur aktyor Akın Akınözü və Devrim Özkanın çəkiləcəyi "Halef" adlı serial ilk addım atılmamış dayandırılıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, buna səbəb serialın istehsalıçıı "OGM Pictures" və "FARO"nun tələb olunan maliyyəni qazanmaları üçün gərəkli reklamlara yetişə bilməmələri olub.
Məlumata görə, reklamın azlığı, telekanalların isə yayım üçün yüksək məbləğ tələb eləməsi bəribaşdan ciddi maliyyə böhranı yaradıb: "Bu səbəbdən Rejissoru Sinan Öztürk, ssenari müəllifi Tunahan Kurt olan serialın hazırlıq işləri dayandırılıb. Artıq Esenler Avtovağzalında güc mübarizəsi ilə başlayan iki ailə arasındakı konfliktdən bəhs edəcək serialda rol alan aktyor və aktrisalarla müqavilələrə xitam verilib".
Ləman
MİA.AZ