ABŞ-ın yeni prezidenti Donald Trampın Milli Təhlükəsizlik müşavirliyinə namizədi Mayk Vals ABŞ əsgərlərinin Suriyada olmasını anlaya bilmədiyini dilə gətirib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə o, ABŞ mətbuatına açıqlamna verib.
Mayk Vals Suriyadakı dəyişikliyin onların maraq dairəsində olmadığını deyib: "Trampın ABŞ-ın ilk prezidentiliyi dönəmində ölkəmizin Yaxın Şərq siyasəti doğru idi. Bəli, Prezident Tramp indi də tamamilə haqlıdır. Onun məqsədi bizi Yaxın Şərq müharibələrinə sürükləmək deyil. Bizim amerika əsgərlərinin Suriya torpaqlarında dolaşmasına hər hansı bir səviyyədə ehtiyacımız yoxdur".
Lamiyə Əhmədli
MİA.AZ