Xarici işlər naziri Ceyhun Bayramov Belqradda Serbiyanın Baş naziri Miloş Vuçeviçlə görüşüb.
Mia.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in "X" hesabında paylaşım edilib.
Bildirilib ki, görüşdə ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin perspektivləri, o cümlədən qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.
C.Bayramov münaqişədən sonra regionda aparılan yenidənqurma işləri və sülh səyləri barədə qarşı tərəfi məlumatlandırıb.