İspaniya tarixində ilk nudist filmi -  "Tu No Eres Yo"nu tamaşaçılar çılpaq izləyiblər.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, rejissor Marisa Krespo və Moises Romeronun çəkdiyi “Tu No Eres Yo” filmi artıq İspaniyanın Barselona və Valensiya şəhərlərində nümayiş olunub.

Məlumata görə, zala daxil olan kinosevərlər çantalarını yerə qoyduqdan sonra paltarlarını çıxarıb, daha sonra dəsmallarını oturacaqlara sərərək oturub və çılpaq şəkildə filmi izləyiblər: "Tamaşaya ümumilikdə 50 nəfər baxıb".

Tahir Şəlvəli
MİA.AZ