Azərbaycanın Xalq rəssamı Tofiq Ağababayev dəfn olunub.

Mia.az xəbər verir ki, mərhum Yasamal qəbiristanlığında torpağa tapşırılıb.

***

Bakı şəhərinin ilk baş rəssamı, Xalq rəssamı Tofiq Ağababayev vəfat edib.

Mia.az xəbər verir ki, onunla vida mərasimi bu gün saat 14:00-da Təzə Pir məscidində keçiriləcək.

Mərhum Yasamal qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, Tofiq Ağababayev 1928-ci ildə Bakı şəhərində doğulub. Azərbaycan Dövlət Rəssamlıq Məktəbinin və Baron Ştiqlist adına Sant-Peterburq Rəssamlıq Akademiyasının məzunu olub. Dəfələrlə dünyanın bir sıra ölkələrində sərgiləri təşkil olunub. Əsərləri Azərbaycan Dövlət Muzeyində, Azərbaycan Rəssamlar İttifaqının fondunda, ABŞ, İngiltərə, Kanada və digər bir çox ölkənin muzeylərində, şəxsi qalereyalarda saxlanılır.

Tofiq Ağababayev Bakının gerbinin və açarının müəllifidir. O, Bakı şəhərinin ilk baş rəssamı olub.

Xalq rəssamı 2023-cü ildə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif edilib.