Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ukraynanın Azərbaycandakı səfiri Yuri Husyevu qəbul edib.

Bu barədə Yuri Husyev “X” sosial media səhifəsində paylaşım edib.

Paylaşımda deyilir: "Hikmət Hacıyev ilə məhsuldar bir görüş oldu. Biz əlaqələrin gücləndirilməsi, iqtisadi əməkdaşlıq və investisiya imkanlarını müzakirə etdik. Göstərdiyi dəstəyə görə Azərbaycana minnətdarıq və biz strateji tərəfdaşlığımızın inkişafı üzərində işləyirik".

MİA.AZ