Gələn ilin dövlət büdcəsindən siyasi partiyalara ayrılan vəsait artırılıb.
Mia.az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin bugünkü plenar iclasında 2025-ci ilin büdcəs zərfinin üçüncü oxunuşda müzakirəsi zamanı deyib.
Nazir qeyd edib ki, Prezidentin tapşırığı ilə siyasi partiyalara maliyyə yardımının ayrılması üçün ilkin proqnozlaşdırılan vəsaitin 1 milyon manat və ya 20 faiz artırılması nəzərdə tutulub.