Suriyada müxalif qruplaırn 61 illik Baas rejiminə son qoymasına İran XİN başçısı Abbas Erakçidən maraqlı şərh verilib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, İranın xarici işlər naziri Abbas Erakçi Suriya təhlükəsizlik qüvvələrinin İdlibdə noyabrın 27-də başlayan "tərpəniş"dən xəbərdar olduğunu, lakin ordunun bu prosesdə ləng davrandığını açıqlayıb. 

Suriya ordusunun motivasiyasını itirdiyini deyən Erakçi bildirib ki, burada təbliğat və psixoloji müharibənin rolu çox böyük olub.

İran dövlət kanalına danışan Erakçi iddia edib ki, rəsmi Tehran Suriya hökumətinə həmişə müxalifətlə dinc dialoq qurmağı tövsiyə edib:

"Astana prosesi gərginliyi azaltmaq və iqtidar-müxalifət arasında siyasi dialoqu təmin etmək məqsədi daşıyırdı. Ancaq Əsəd hökuməti islahatlarla bağlı kifayət qədər istəkli olmadı. Nəticə isə bugünki vəziyyətdir".

Arakçi deyb ki, Əsəd onlardan hərbi və ölkəni tərk edən zaman kömək istəməyib.

İran XİN başçısı bildirib ki, İran Suriyada hərbi varlığını davam etdirir: "Biz artıq orada  yalnız İŞİD-lə mübarizə ilə fəaliyyətimizi məhdudlaşdırmışıq. Eyni zamanda, Suriyadakı müxalif qruplarına dəstək veririk. Əlbəttə, Suriyanın daxili problemlərinin həlli tamamilə Suriya hökumətinin üzərinə düşən vəzifədir".

Tahir Şəlvəli
MİA.AZ