"İordan çayının qərb sahilində Fələstin torpaqlarını qəsb edən israillilər zeytun bağlarında məhsul yığımına imkan vermir".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu məlumatı Birləşmiş Millətlər Təşkilatının (BMT) mətbuat katibi Stefan Düjarrik gündəlik mətbuat konfransında jurnalistlərə açıqlamasında deyib.

O bldirib ki, bu bölgədə zeytun məhsulunun toplanması oktyabr ayından başlasa da, israil hərbçiləri bağlara girən fələstinlilərə zor tətbiq etməklə, buna imkan yaratmayıblar: "Bu vəziyyətin fələstinli fermerlərin dolanışıqlarını təhdid edir. Çünki onların çoxu məhz zeytunlarını satmaqla dolanırdılar. İndisə buna imkan yaradılmır. Təkcə noyabrın son üç günündə israillilər 700 bar vermiş zeytun ağacını qəsdən kökündən kəsərək, məhv edib. Bununla yanaşı, oktyabr və noyabr aylarında zeytun toplamaq istəyən fələstinlilərə qarşı 260 hücum həyata keçirilib".

Tahir Şəlvəli

MİA.AZ