"Azərbaycan Dəmir Yolları” QSC-nin mMətbuat katibi vəzifədən uzaqlaşdırılıb.
Mia.az bakivaxti.az-a istinadən xəbər verir ki, QSC-nin sədri Rövşən Rüstəmovun əmri ilə mətbuat katibi Sənubər Nəzərova tutduğu vəzifədən azad edilib.
Sənubər Nəzərovanın yeni iş yeri hələlik bəlli deyil.
Qeyd edək ki, S.Nəzərova bu vəzifəyə 5 dekabr 2022-ci ildə təyin edilmişdi.
Onu da bildirək ki, Sənubər Nəzərova daha əvvəl - 2013-2020-ci illərdə "SOCAR AQS” MMC-də İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışıb. 2021-ci ilin aprelindən 2022-ci ilin dekabrına kimi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində Aparatın İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri olub.
"Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibi vəzifədən çıxarıldı
DİGƏR XƏBƏRLƏR
2026-03-10 18:15
2026-03-10 09:59
2026-03-09 15:13
2026-03-06 22:56
2026-03-06 10:30
2026-03-05 11:10
2026-03-04 17:25