Bakıdakı Respublika Olimpiya Mərkəzində Tofiq Karayev mükafatı uğrunda üçnövçülük üzrə XXVII Azərbaycan çempionatı keçiriləcək.

Azərbaycan Atletika Federasiyasından Mia.az-a verilən məlumata görə, yarış 2011-2012 təvəllüdlü idmançılar arasında baş tutacaq.

İstedadlı uşaqların müəyyən edilməsi məqsədi daşıyan turnirə 60 və 200 metr məsafəyə qaçış, həmçinin uzunluğa tullanma növbəri daxildir.

Qeyd edək ki, Azərbaycan çempionatı dekabrın 7-də təşkil olunacaq.