Yağış yağanda otaqlara damır… Çarpayılar islanır, tavandan döşəməyə qədər suyun içində qalır…
Xezerxeber.az xəbər verir ki, görüntülər Hövsan Olimpiya İdman Kompleksindəndir.
Valideynlər iddia edir ki, müvəqqəti olaraq kompleksdə qalan övladları şəraitsizlikdən əziyyət çəkirlər.
Respublika Olimpiya İdman liseyi hazırda təmirə bağlandığından şagirdləri burada gecələyir.
Kompleksin direktoru Oruc Məmmədli video görüntülərin noyabr ayında lentə alındığını deyib. Oruc Məmmədli təməli 2009-cu ildə qoyulan kompleksin tavanın artıq yarı hissəsinin yeniləndiyini, navalçaların isə təmizləndiyini dilə gətirib.
Oruc Məmmədli qeyd edib ki, payız-qış mövsümü başlayandan kompleksin istilik sistemində yaranmış problem, həmçinin günün bütün saatlarında isti su verilməsindəki məhdudiyyət aradan qaldırılıb.
Bundan başqa, kompleks 3 ədəd iri qızdırıcı ilə təmin olunub.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.