Ötən gün Abşeron rayonun Masazır qəsəbəsində ərini qətlə yetirməkdə şübhəli bilən 4 uşaq anası olan A.M ( Şərtidir-red) məsuliyyətə cəlb olunub.

Mia.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, qətli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Hazırda Abşeron rayon prokurorluğunda qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Məlumat üçün bildirək ki, Masazır qəsəbəsində, Yeni Masazır yaşayış kompleksində qadın öz həyat yoldaşı olan Ayxan adlı şəxsi bıçaqlayıb.

Qonşuların verdiyi məlumata görə, ailə həmin binada kirayədə qalırmış. Ayxan qadının ikinci həyat yoldaşı , 4 uşaqdan birinin atası imiş. Səhər saatlarında ailə münaqişəsi zamanı qadın həyat yoldaşına çoxsaylı bıçaq zərbəsi vuraraq qətlə yetirib.