Bu gün Türkiyənin zəlzələ bölgəsi sayılan Kahramanmaraş növbəti dəfə silkələnib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

Bildirilib ki, Bakı vaxtilə saat 11.12-də Kahramanmaraşın Göksun rayonunda 4,1 bal gücündə zəlzələ baş verib.

Zəlzələnin yerin 7,1 kilometr dərinliyində baş verdiyi müəyyən edilib.

Lamiyə Əhmədli
MİA.AZ