İsrailin müdafiə naziri "Hizbullah" qruplaşması ilə Livan hökumətini dünən Bakı vaxtilə saat 6.00-da qüvvəyə minən atəşkəslə bağlı təhdid edib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, nazir İsrael Katz qarşı tərəfdən atəşkəsə ciddi yanaşmağı tələb edib.
O bildirib ki, ən kiçik hərəkət cəzasız buraxılmayaacq: "Əgər "Hizbullah"ın razılaşmanı pozma cəhdləri olsa və Livan hökuməti üzərinə düşən öhdəlikləri yerinə yetirməzsə, İsrail anında sərt cavaba hazırdır".
İsrailin müdafiə naziri qüvvəyə minən atəşkəs razılaşmasına baxmayaraq, Qolan təpələri və şimal sərhəd bölgələrində məktəblərin bağlı qalması qərarına da toxunub: “Müdafiə məhdudiyyətlərinin götürülməməsi və həmin bölgələrdə həyatın normal axara dönməsinə qədər bu qərarı anlayışla qarşılamaq gərəkdir. Oncaq oada həyata axara tezliklə düşəcək. Bunun üçün zəruri ehtiyat addımları atılmaqdadır"
Nazir İsrailin atəşkəs razılaşmasına sadiq olduğunu da deyib: "Ancaq gözümüz qarşı tərəfin üzərindədir. Biz İsrail xalqının təhlükəsizlik məsələsində güzəştə getməyəcəyik"
Xatırladaq ki, İsrail ordusu ilə Livandakı Hizbullah arasında 14 aydan çox davam edən savaş dayanıb. Dünən qəbul olunan atəşkəs anlaşamasından bəri hələlik atəş səsləri eşidilıməyib.
Tahir Şəlvəli
MİA.AZ