Sosial platformalarda, xüsusilə də canlı yayımlar zamanı cəmiyyətə qarşı açıq hörmətsizlik qeyri-etik paylaşımlar edən şəxslərə qarşı polis əməkdaşları tərəfindən müvafiq tədbirlərin görülməsi davam etdirilir.
DİN-dən verilən məlumata görə, 1996-ci il təvəllüdlü, “Roşka” ləqəbli tiktoker Rövşən Süleymanzadə saxlanılıb.
Ondan narkotik vasitə olan marixuana da aşkarlanaraq götürülüb.
Müvafiq qərarla R.Süleymanzadə 45 sutka inzibati qaydada həbs edilib.
Xatırladaq ki, eyni əməllərə görə, R.Süleymanov bu ilin aprelində də 20 sutka inzibati qaydada həbs edilmişdi.