Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) sədrinin müavini Cavanşir Alxasov vəzifədən azad olunub.
Mia.az Pravda.az-a istinadla xəbər verir ki, C.Alxasov vəzifədən azad edilməsi ilə bağlı ərizə yazıb.
Qeyd edək ki, C.Alxasov 2001-ci ildən bu vəzifədədir.
Xatırladaq ki, 2024-cü ilin avqustunda Səttar Möhbalıyev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri vəzifəsindən istefa verib. Həmin vəzifəyə iqtisadiyyat nazirinin keçmiş müavini Sahib Məmmədov seçilib. Daha sonra S.Möhbalıyevin həyat yoldaşı Böyükxanım Mirzə qızı Möhbalıyeva AHİK-in Beynəlxalq əlaqələr departamentindəki vəzifəsindən, qızı Lalə Möhbalıyeva Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin katibi vəzifəsindən azad edilib. Bundan başqa, AHİK-in 11 avtomobili keçmiş sədrin qohumlarından geri alınıb.