Botanika İnstitutunun baş direktoru, biologiya elmləri doktoru, professor Səyyarə İbadullayevanın “Traditional folk medicine of Azerbaijanis” (Azərbaycanlıların ənənəvi xalq təbabəti) adlı kitabı çap edilib. 

Mia.az-ın məlumatına görə, kitab “Azərbaycan florasında yayılan dərman bitkilərinin istifadəsi perspektivləri" adlı elmi tədqiqat proqramı çərçivəsində ərsəyə gəlib.

Kitabda etnobotaniki tədqiqatlar nəticəsində Azərbaycan florasından toplanılmış, müxtəlif xəstəliklərə qarşı istifadə edilən dərman bitkilərinin ənənəvi xalq təbabəti təcrübələri haqqında məlumatlar əks olunub. Bu məlumatlar vaxtı ilə Qərbi Azərbaycan köçkünləri, o cümlədən 30 il qaçqın düşmüş Qarabağ və Şərqi Zəngəzur icmalarından toplanılmışdır.

Kitabın elmi redaktoru professor Münir Öztürk, rəyçiləri professor Nazim Məmmədov və doktor İlhamə Cəfərlidir.

Kitab Azərbaycanın xalq təbabəti üsullarını geniş auditoriyada tanıtmaq üçün əhəmiyyətli mənbədir.