Livan (Hizbullah) və İsrail hökumətləri tatəşkəs razılaşmasını təsdiqləyiblər.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Bayden bəyanat verib.

O, Livan və İsrail hökumətləri arasında razılamanının detallarını açqılayıb. Bildirib ki, atəşkəs razılaşması yerli vaxtla saat 04.00-da (bakı vaxtilə saat 65.00) qüvvəyə minib: "Anlaşmaya görə, Livanın qanuni Silahlı Qüvvələri 60 gün ərzində "Hizbullahçı"lardan boşalacaq Livanın cənub sərhədinə yerləşdiriləcək və bu bölgəyə tam nəzarət edəcəklər. Bundan başqa, "Hizbullah" ünsürləri sözügedən bölgədə tərksilah olunacaq və Litani çayının şimalına keçəcək. İsrail əsgərləri isə 60 günlük müddət ərzində mərhələli şəkildə bölgədən çəkiləcək".

Baydenin sözlərinə görə, bu prosesdə heç bir Amerika əsgəri iştirak etməyəcək: "Bu, ABŞ və Fransanın rəhbərlik etdiyi uzunmüddətli diplomatik səylər sayəsində əldə olunan razılaşmadır. ABŞ və Fransanın rəhbərlik etdiyi beynəlxalq koalisiya, sadəcə, atəşkəs razılaşmasının həyata keçirilməsini dəstəkləyəcək. Bundan sonra İsrailin hücumları nəticəsində didərgin düşən livanlılar və İsrailin şimalındakı yəhudi köçkünlər öz evlərinə dönə biləcəklər".

Lamiyə ƏHMƏDLİ

MİA.AZ