Bu gün Türkiyənin Malatya şəhərində zəlzələ baş verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

Qeyd edilib ki, Bakı avxtilə saat 21.20-də Malatyanın Doğanşehir rayonu olan 4,6 bal gücündə zəlzələ olub: "Zəlzələ 9,75 kilometr dərinlikdə baş verib. Hazırda xırda təkanlar davam edir"

Daxili İşlər Naziri Ali Yerlikaya isə bildirib ki, zəlzlələ ölən və ya yaralanan olmayıb: "Keçmiş olsun!".

Samir MUSAYEV
MİA.AZ