MİA "Xural”a istinadən xəbər verir ki, məhkəmədə qəzetin həbsdə olan baş redaktoru Əvəz Zeynallı da iştirak edib.
Məhkəmə qəzetin iddiasını təmin etməyib.
Əvəz Zeynallı 2011-ci ilin sentyabrında Mətbuat Şurasının «Xural»ı «qara siyahı»ya daxil etməsi haqqında qərarından məhkəməyə şikayət edib.
Əvəz Zeynallı Milli Məclisin keçmiş deputatı Gülər Əhmədovanın şikayəti əsasında 2011-ci il oktyabrın 28-də həbs edilib.