Bu gün İsraillə "Hizbullah" qruplaşması arasında atəşkəsin əldə olunması haqda xəbər yayılıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, atəşkəs 2025-ci il yanvarın 20-nə, yəni, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp vəzifənin icrasına başlayacağı günə qədər qüvvədə qalacaq: "İsrail və Hizbullah arasında 60 günlük atəşkəslə bağlı razılaşma olub".
Xəbərdə iddia olunur ki, razılaşma ilə bağlı rəsmi sənəd noyabrın 21-də imzalanacaq: "Atəşkəs qərarı çərçivəsində "Hizbullah" Livanın cənubundakı 10 kilometrlik ərazidən, İsrail isə cənub zolağından geri çəkiləcək".
Firudin Səfərli
MİA.AZ