ABŞ dövlət katibinin silahlara nəzarət və beynəlxalq təhlükəsizlik üzrə müavini Bonni Cenkins COP29-la bağlı Azərbaycana gəlib.

Mia.az xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyi sosial media hesabında məlumat paylaşıb.

Paylaşımda deyilir: "Görüşlərin ağır qrafikinə baxmayaraq, o, ölkənin zəngin mədəniyyəti və tarixi memarlığını yaxından görmək üçün İçərişəhərə qısa bir səfər edə bildi. O, həmçinin yerli bal və pendir (ənənəvi pendir çörək) ilə ləzzətli Azərbaycan yeməklərini dadıb".

Yayılan fotolardan görümür ki, Bonni Cenkins İçərişəhərdə olub.

Samir

MİA.AZ