ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Milli Kəşfiyyat Müdirliyi (DNI) ilə birlikdə UFO-ları səciyyələndirən ümumilikdə 757 "Tanınmayan naməlum cismlər" hesabatını Konqresə təqdim edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.

Bildirilib ki, hesabat Maliyyə İli Milli Müdafiə İcazə Aktına uyğun hazırlanıb: "Builki hesabatda 1 may 2023-cü il - 1 iyun 2024-cü il tarixləri arasında UFO-larla əlaqəli ümumilikdə 485 hadisə, həmçinin 2021 və 2022-ci illərdə baş vermiş, lakin rəsmi qeydə alınmayan 272 UFO və bəlli olmayan cismlərlə bağlı faktlar yer alıb". 

Lamiyə Əhmədli

MİA.AZ