"İsrail Müdafiə Nazirliyinin Təl-Əvivdəki binasına zərbə endirdik".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sensasiyalı bəyanatı Livandakı "Hizbullah" qruplaşması yayıb.

Qruplaşma iddia edib ki, bu gün İsrail Müdafiə Nazirliyinin Təl-Əvivdəki qərargahına PUA-larla hücum ediblər: "İlk dəfə olaraq Təl-Əvivdəki nazirliyin binasının yerləşdiyi Kirya hərbi bazasına dalğıc bombardmançı PUA donanmamız tərəfindən sərrast hücum həyata keçirilib. Hədəflər dəqiq vurulub, Plan uğurla icra edilib".

Açıqlamada qeyd olunub ki, Kirya hərbi bazasında Müdafiə Nazirliyi, Baş Qərargah, Müharibə İdarəetmə Otağı və Hərbi Hava Qüvvələrinin İdarəolunma Mərkəzi yerləşir.

İsrail ordusu bu açıqlamaya hələlik aydınlıq gətirməyib.

Tahir Şəlvəli

MİA.AZ