ABŞ-ın yeni seçilmiş prezidenti Tramp seçkilərdəki qələbəsindən sonra ilk dəfə Vaşinqtonda - Ağ Evdə hazırkı prezident Co Baydenlə görüşüb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Baydenin dəvəti ilə baş tutan görüşdə maraqlı anlar yaşanıb.
Trampı çox "isti" qarşılayan Bayden deyib: "Ağ Evə yenidən xoş gəlmisiniz. Vəzifəmizi rahat bir keçid prosesi ilə təhvil verəcəyik. Ehtiyacınız olan hər şeyi qarşılamaq üçün əlimizdən gələni edəcəyik".
Tramp isə kameralar qarşısında Baydenin bu jestinə belə cavab verib: "Siyasət çətin bir işdir və çox vaxt dünya çox gözəl deyil, lakin bu gün dünya gözəldir. Keçid prosesi mümkün qədər rahat olacağına inanıram. Buna görə çox minnətdaram".
Daha sonra Tramp və Baydenin Ağ Evdə jurnalistlərə qapalı görüş keçiriblər.
Məlumata görə, qapalı görüş təxminən iki saat davam edib.
ABŞ mediası yazır ki, görüşdə daxili iqtisadi durumla yanaşı, Ukrayna və İsrailin apardığı müharibələr, Rusiya, Çin, İran və digər ölkələrlə bağlı sanksiya siyasəti ətrafında fikir mübadiləsi aparılıb.
Yeri gəlmişkən, 2020-ci ildə uduzduğu seçkilərdən sonra Tramp 2021-ci il yanvarın 20-də keçirilən andiçmə mərasimindən sonra Baydenlə heç vaxt görüşməmişdi...
Lamiyə Əhmədli
MİA.AZ