Rusiya prezidenti Putin bu gün Valday Beynəlxalq Diskussiya Klubunda ABŞ-da noyabrın 5-də keçirilən seçkidən danışıb.
Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, o, çıxışında Trampı qələbə qazanması münasibətilə təbrik edib.
O ümid etdiyini bildirib ki, birgə səylərlə bir çox problemləri yoluna qoya bilərlər: “Donald Trampın Ukrayna böhranı ilə bağlı açıqlamalarını diqqətəlayiq hesab edirəm”.
Rusiya prezidenti Trampa görüş mesajı da verib: "Dialoqa hazıram".
Putin daha sonra deyib: "ABŞ-da nə baş verəcəyini bilmirik, amma həqiqətən ümid edirəm ki, onlarla münasibətlər bir gün bərpa olunacaq. Biz buna açığıq, amma top onların meydançasındadır. Çünki biz onlarla münasibətləri korlamadıq. Onlara qarşı sanksiya tətbiq etmədik, biz gələcəkdə ABŞ-ın yeni administrasiyasının öz təkliflərini necə formalaşdıracağını görəcəyik. Təbii ki, əgər onların təklifi olarsa...”.
Zülfiyyə
MİA.AZ