ABŞ prezidenti Co Bayden Donald Trampı qalib gəlməsi münasibətilə təbrik edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə onun özü Ağ Evdə keçirilən mətbuat konfransında məlumat verib.

Bayden bildirib ki, dünən nəticə bəııi olan kimi Trampa zəng edib: "Mən seçilmiş prezident Trampla danışdım və onu qələbəsi münasibətilə təbrik etdim. Onu əmin etdim ki, bütün administrasiyam rahat, səs-küysüz və qaydaya uyğun keçidlə hakimiyyəti təhvil verəcəyik. Bu, Amerika xalqının layiq olduğu şeydir. Mən isə prezident kimi vəzifəmi yerinə yetirəcəyəm, andıma sadiq qalacağam və konstitusiyaya uyğun hərəkət edəcəyəm. Yanvarın 20-də vəzifəmi rahat təhvil edəcəyəm".

O, Kamala Harrisin çox uğurlu seçki kampaniyası apardığını da iddia edib: "Ancaq Amerika xalqı bir qərar verdi və biz də qərara uyğun hərəkət edəcəyik".

Bir daha 2,5 ay sonra vəzifəsini təhvil verəcəyini təkrarlayan Bayden bildirib ki, qalan prezidentlik müddətində ölkəsiü üçün əlindən gələni edəcək: "Yalnız qalib gələndə ölkəni sevə bilməzsən.."..

Xatırladaq ki, Tramp 2025-ci il yanvarın 20-də rəsmən and içərək fəaliyyətə başlayacaq.

Zülfiyyə Mustafayeva

MİA.AZ