"Bizə danışıqlarda dəstəyə ehtiyac yoxdur, bizə silah gərəkdir".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Ukrayna prezidenti Vladimir Zelenski Macarıstanın paytaxtı Budapeştdə Avropa Siyasi Birliyinin Zirvə toplantısının açılış sessiyasında çıxışında deyib.

O, Rusiya ilə müharibədən söz açaraq, Vladimir Putinlə danışıqların hər hansı bir mənası olmadığını iddia edib: "Çünki onunla dialoq nəticəsizdir, mümkün də deyil ki, ədalətli nəticə hasil olsun. Ona görə də danışıqlarda dəstəyə yox, kifayət qədər silaha ehtiyacımız var”.

Zelenski xəbərdar edib ki, Şimali Koreya hazırda Avropada müharibə aparır: "Onlar, yəni, Şimali Koreya əsgərləri artıq Avropa torpaqlarında insanlarımızı öldürməyə başlayır. Aydfın və bir daha təsdiq olunur ki, Rusiya Ukrayna müharibəsini qlobal gücə çevrilmək üçün başladıb. Əlbəttə, biz müharibənin ədalətli sona çatması üçün "Sülh Formulası"na paketimizi hazırlaypıb dost ölkələrə təqdim etmişik...".
 
Zelenski daha sonra nüvə və ərzaq təhlükəsizliyi, enerji, hərbi əsirlərin və deportasiya edilənlərin Ukraynaya qaytarılması və sair kimi məsələələrdən danışıb və bəyan edib ki, bu müharibə Rusiyanın arzuladığı kimi deyil, məhz Ukraynanın arzuladığı qərarla bitə bilər: "Sülh yalnız güclülərin mükafatıdır. Ona görə də güclü Avropaya alternativ yoxdur"

Ukryan prezidenti Rusiyanın dondurulmuş 300 milyard dollarlıq Rusiya aktivlərinin tez bir zamanda onlara verilməsini də vacib sayıb.

Trampla telefonda danışdığını da xatırladan Ukrayna lideri bildirib ki, ABŞ-ın yeni prezidenti ilə gözəl və məhsuldar söhbət aparıb: "Təbii ki, onun qarşıda hansı addımlar atacağını hələ dəqiq deyə bilmərik".

Zülfiyyə Mustafayeva

MİA.AZ