Prezident Rəcəb Tayyib Ərdoğan bu gün Avropa Siyasi Birliyi Zirvə toplantısı üçün getdiyi Macarıstanda NATO-nun baş katibi Mark Rutteni qəbul edib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, görüşdə NATO-nun gündəliyində duran məsələlər müzakirə olunub.

Məlumatda deyilir ki, Avropa İttifaqı (Aİ) və digər Avropa ölkələrinin liderlərini bir araya gətirən və qitə ilə bağlı aktual məsələləri müzakirə edən 5-ci AST sammitinə Macarıstanın Baş naziri Viktor Orban ev sahibliyi edir: "40-dan çox hökumət və dövlət başçısının iştirak etdiyi sammitin gündəliyi əsasən “Avropanın üzləşdiyi təhlükəsizlik çağırışları”dır. Burada qeyri-qanuni miqrasiya ilə mübarizə, iqtisadi təhlükəsizlik və iqlim dəyişikliyi də əsas gündəm mövzularıdır".

Lamiyə Əhmədli

MİA.AZ