8 Noyabr - Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə Bakıda hərbçilərin Zəfər yürüşləri başa çatıb.

Mia.az xəbər verir ki, yürüşlərdə "Müzəffər Ali Baş Komandan!", "Zəfərin mübarək, Azərbaycan!", “Şəhidlər ölməz, Vətən bölünməz”, “Qarabağ Azərbaycandır!” və başqa şüarlar səsləndirilib.

***

8 Noyabr - Zəfər Günü münasibətilə hərbi orkestrlərin müşayiəti ilə Bakıda hərbçilərin Zəfər yürüşü keçirilir.

Mia.az xəbər verir ki, əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra hərbi orkestrlər Azərbaycanın Dövlət Himnini səsləndirib.

Daha sonra hərbçilərin yürüşü başlayıb.

***

8 Noyabr - Zəfər Günü ilə əlaqədar paytaxtın müxtəlif küçə və prospektlərində müəyyən edilən marşrutlar üzrə hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri keçiriləcək.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən Mia.az-a bildirilib ki, yürüşlər 5 marşrut üzrə saat 10:00-dan 12:00-dək təşkil ediləcək:

-Heydər Əliyev sarayı - Bülbül prospekti - Nizami Kino Mərkəzi - Neftçilər prospekti - Azadlıq meydanı – “Amay” Ticarət Mərkəzi;

-Şəhidlər Xiyabanı - "Alov qüllələri" kompleksi - "İçərişəhər" metrosu - İstiqlaliyyət küçəsi - Azneft dairəsi - Bəhram Gur heykəli;

-Yasamal parkı - Ə.Haqverdiyev küçəsi - H.Cavid prospekti - Parlament prospekti - Şəhidlər Xiyabanı;

-“Olimpik Star” İdman və Əyləncə mərkəzi - S.Vurğun küçəsi - Zabitlər parkı - Bakı Dövlət Sirki - H.Əliyev sarayı – İ.Nəsimi heykəli – Neftçilər prospekti;

-N.Nərimanov heykəli – Mərkəzi Park – Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı – Qış parkı – H.Əliyev sarayı – Mərkəzi Bank – “28 Mall” Ticarət Mərkəzi;

"Sürücülərdən yürüşün keçirildiyi küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkətində qismən fasilələr yaranacağını nəzərə almalarını xahiş edirik. Qeyd edək ki, yürüşün marşrutlar üzrə hərəkəti yol-patrul xidməti əməkdaşları tərəfindən tənzimlənəcək"