Türkiyə Mərkəzi Bankının valyuta və qızıl ehtiyatları artıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Mərkəzi Bank həftəlik hesabat açıqlayıb.

Hesabata əsasən, bankın ehtiyatları 1 noyabra qədərki həftə ilə müqayisədə 221 milyon dollar yüksəlib: "Hazırda Bankın 159 milyard 619 milyon dollar valyuta ehtiyatı yaranıb. Bu, bütün zamanların ən yüksək göstəricisidir"

Hesaba görə, bununla yanaşı, son bir həftədə qızıl ehtiyatları 720 milyon dollar artaraq 65 milyard 894 milyon dollardan 66 milyard 614 milyon dollara qalxıb.

Samir Musayev

MİA.AZ