Çin sədri Si Cinpin ABŞ-ın 47-ci prezidenti seçilən Donald Trampa təbrik məktubu ünvanlayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, məktubda iki ölkə aarsında fikir ayrılıqlarını "lazımi şəkildə" həll etməyə və sülh şəraitində birlikdə yaşamağa çağırıb.

O, zamanında Çin və ABŞ-ın birgə əməkdaşlıqdan qazanclı çıxdıqlarını xatırladıb: "Biz bunu yenə də edə və qarşıdurmadan qaça bilərik. Ümid edirəm ki, Çin və ABŞ qarşılıqlı hörmət, sülhpərvərlik prinsipləri əsasında dialoq və kommunikasiyanı gücləndirəcəklər. Biz sülh şəraitində yaşaya və "qazan-qazan" prinsipiylə işləyə, əməkdaşlıq edə bilərik. Çin buna hazırdır".

Yeri gəlmişkən, Çinin vitse-prezidenti Han Çinq da ABŞ-ın yeni seçilmiş vitse-prezidenti J.D.Vansı təbrik edib.

Lamiyə Əhmədli

MİA.AZ